Fikrət Fərəməzoğlu saxlanıldı

Fikrət Fərəməzoğlu saxlanıldı

01-07-2016 18:04 / Bu xəbər 1434 dəfə oxundu

Tanınmış jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu saxlanılıb

Arqument.Az xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı məlumat verib.
 
Onun sözlərinə görə iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus "Notebook"u götürərək evdən çıxıblar. 

Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun saxlanıldığını bildiriblər, lakin səbəbini söyləməyiblər. 

Fikrət Fərəməzoğlunun həyat yoldaşı bildirib ki, həbs olunan həyat yoldaşının hara aparılmasını və hazırda harada saxlanılması haqda heç bir məlumatı yoxdur. 


Arqument.Az