Fikrət Fərəməzoğluna 8 il cəza istənildi

Fikrət Fərəməzoğluna 8 il cəza istənildi

02-06-2017 18:34 / Bu xəbər 1169 dəfə oxundu

Həbsdə olan jurnalist, "Jam.az” saytının (Jurnalist Araşdırmaları Mərkəzi) rəhbəri Fikrət İbişbəylinin işi üzrə məhkəmə istintaqı başa çatıb. 

İyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ona 8 il həbs cəzası verilməsini istəyib.

Dövlət ittihamçısı Elgiz Məmmədov çıxışında deyib ki, Fikrət Fərəməzoğluna CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) ittihamı məhkəmədə sübuta yetirilib. Prokuror həbs cəzası ilə yanaşı, həm də ona məhkəmə qərarı ilə 3 il jurnalist fəaliyyəti ilə məşğul olmağın qadağan edilməsini təklif edib.

Buna da bax:​ Həbsdəki jurnalist məhkəməsində iştirakdan imtina etdi

Jurnalistin işinə Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Məhkəmə prokurorun çıxışından sonra Fikrət Fərəməzoğlunun vəkillərinə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 9-na qədər vaxt verib.

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci maddəsinin müxtəlif bəndləriylə ittiham verilib. O, müxtəlif restoran, iaşə obyektlərinin sahibləri və onları icarə əsasında işlədən adamlardan hədə-qorxu ilə pul tələb etməkdə suçlanır.

Buna da bax:​ ‘Fikrətə, öz uşağının yazdığı cızma-qaraları da vermirlər’

Amma jurnalist ittihamı qəbul etmir, "restoran”, "massaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir. O, Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin göstərişiylə həbs olunduğunu iddia edir.

Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. O, həmin vaxt «24 saat» qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsmişdi.///azadliq.org