Fikrət Hüseynli Kiyevdə saxlanılıb

Fikrət Hüseynli Kiyevdə saxlanılıb

14-10-2017 15:00 / Bu xəbər 1673 dəfə oxundu

Jurnalist Fikrət Hüseynli Kiyev Borispol aeroportunda saxlanılaraq təcridxanaya aparılıb.

O, Azərbaycan hökumətinin İnterpola verdiyi sorğu əsasında saxlanılıb. 

Fikrət Hüseynli bildirib ki, ittihamın məğzi ona bəlli deyil.

F. Hüseynli Niderland vətəndaşıdır. 

O, Turan TV ilə əməkdaşlıq edirdi və Azərbaycanlı mühacirlər arasında siyasi fəallığı ilə fərqlənir.

Mühacirətə gedərkən Azadlıq qəzetinin əməkdaşı idi və davamlı təqiblərə görə ölkəni tərk etməyə məcbur olmuşdu. 

2006-cı ilin mart ayının 6-da axşam saatlarında paytaxtın mərkəzi küçələrində kimliyi bilinməyən şəxslər onu döyüb, boğazını kəsib, barmağını sındırıblar. 

Faktla bağlı cinayət işi qaldırılsa da cinayətin üstü hələ də açılmayıb.

Azadlıq.info