Fransadan Azərbaycanda saytların bağlanmasına etiraz

Fransadan Azərbaycanda saytların bağlanmasına etiraz

16-05-2017 00:58 / Bu xəbər 874 dəfə oxundu

Fransa xarici işlər nazirliyi Azərbaycanda saytlara qoyulan məhdudiyyətlə bağlı bəyanat yayıb.

Arqument.Az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir. 

Məlumatda Fransa hökumətinin çoxsaylı informasiya internet saytların yayımını dayandırılması barədə Azərbaycan hökumətinin qərarından narahat olduğu ifadə olunur. 

Fransa Azərbaycan hökumətini sərbəst tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə, vətəndaş cəmiyyətlərinin inkişafı və  demokratik istitutların möhkəmlənməsi üçün fundamental əsasları təşkil edən fikir və mətbuat azadlıqlarına tam riayyət etməyə çağırıb.

Məlumatda deyilir ki, Fransa Azərbaycanda mediaların vəziyyətini daha yaxından izləməkdə davam edəcək.