Fransanın baş epidemioloqu: Artıq çəki koronavirus üçün risk faktorudur

Fransanın baş epidemioloqu: Artıq çəki koronavirus üçün risk faktorudur

09-04-2020 14:11 / Bu xəbər 998 dəfə oxundu

"Buna görə piylənmə problemi yaxşı bilinən Amerikadakı dostlarımızdan narahatıq”

"Kilolu olmaq koronavirusa yoluxmuş insanlar üçün böyük risk təşkil edir”. 

"Reuters" xəbər verir ki, ABŞ ölkədə əhalinin piylənmə səviyyəsi yüksək olduğu üçün xüsusilə həssasdır.

Fransanın baş epidemioloqu Jan Fransua Delfresi (Jean- François Delfraissy) çərşənbə günü bildirib ki, Fransanın 67 milyon vətəndaşının 17 milyonu yaş, əvvəlcədən mövcud olan xəstəlik və ya piylənmə səbəbiylə koronavirusa yoluxmanın ciddi təhlükəsi altındadır.

"Bu virus dəhşətlidir, o, gəncləri, xüsusən də, obez (kilolu) gəncləri də vura bilər. Kilolu olanlar həqiqətən diqqətli olmalıdırlar”,- Delfresi fransinfo radiosuna bildirib.

"Buna görə piylənmə problemi yaxşı bilinən Amerikadakı dostlarımızdan narahatıq”, - o deyib.

Delfresi koronavirusa yoluxanların 88% -nin yalnız qrip kimi ağır simptomlar keçirdiyini deyib.

Ağır COVID-19 tənəffüs xəstəliyi ilə xəstəxanaya daxil olan gənclərin ölüm nisbəti təxminən 2% olub. Bu rəqəm daha qeyri-sağlam insanlar səbəbindən bir müddət sonra 14% -ə yüksəlib.

"Fransada virusun sürətlə yayılmasına baxmayaraq, ölkə əhalisinin 50-60% -ə yaxını hələ də koronavirusa yoluxmayıb”, Delfresi deyib.

"İlkin məlumatlar göstərir ki, immun sistemini inkişaf etdirə bilən insanların sayı təsəvvür etdiyimizdən daha azdır, təxminən 10-15%”, - Ebola və QİÇS ilə bağlı fransız tədqiqatlarına rəhbərlik edən veteran yoluxucu xəstəliklər mütəxəssisi bildirib.

O, martın 17-dən başlayan və ən azı 15 aprelə qədər davam edəcək Fransanın təcrid siyasətinin tezliklə sonlana biləcəyini də deyib.

Çərşənbə axşamı reanimasiya şöbələrində COVID-19 xəstələrinin sayı yalnız 59 (1%) artaraq 7.131-ə çatıb, lakin təsdiqlənən və ehtimal olunan halların sayı, ümumilikdə rekord olaraq 11.059 və ya 11% artaraq 109.069-a yüksəlib. Böhran daha çox qocalar evlərində hiss olunub.

Delfresi deyib ki, təcrid sonlansa da, ölkə xəstələrin müayinəsi üçün kifayət qədər avadanlıq ehtiyatına sahibdir.

Fransada koronavirusu test etmək qabiliyyəti mart ayının ortalarında gündəlik 3000-dən 30.000-ə yüksəlib və təxminən iki həftəyə gündəlik test sayı 100.000-250.000-ə yüksələcəyi deyilir.