“Fu Məzi” yazan fəal yenidən yoxa çıxıb

“Fu Məzi” yazan fəal yenidən yoxa çıxıb

08-03-2020 10:39 / Bu xəbər 727 dəfə oxundu

Fuad İsmayılovun anası DİN-in "102 xidməti"nə də məlumat verdiyini deyir

32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü Fuad İsmayılov dünəndən yoxa çıxıb. 

Bu barədə Fikrət Cəfərli feysbukda məlumat yayıb.

O bildirib ki, Fuad İsmayılovdan xəbər almaq mümkün deyil: "9 fevral 2020-ci il tarixdə keçirilmiş növbədənkənar parlament seçkilərində 32 saylı Suraxanı üçüncü Seçki Dairəsinin 8-ci seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvüm İsmayılov Fuad Ələkbər oğlu 7 mart saat 14:00-da evdən çıxıb və indiyə kimi onunla heç bir əlaqə saxlamaq olmur".

Onun sözlərinə görə, Fuad İsmayılovun anası oğlunun yoxa çıxması ilə bağlı DİN-nin "102 xidməti"nə xəbər verib. 

Fikrət Cəfərli Fuad İsmayılovun seçkidə təzyiqə məruz qalması ilə bağlı videogörüntü də yayıb. Həmin videoda Fuad İsmayılova 8 saylı seçki məntəqəsində necə təyziqlər olduğu görünür.

Fuad İsmayılov fevralın 21-də MSK-nın qarşısında divara "Fu Məzi” yazdığına görə saxlanılmışdı.