Fuad İsmayılov DİN-in hospitalına gətirilib

Fuad İsmayılov DİN-in hospitalına gətirilib

14-03-2020 12:38 / Bu xəbər 1494 dəfə oxundu

"Suraxanı Məhkəməsinin qərarı ilə 2 ay inzibati həbsə məhkum edilmiş Fuad İsmayılov hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müayinə olunur".

Bu barədə hüquqşünas Fikrət Cəfərli məlumat verib.

O bildirib ki, Fuad İsmayılovun səhhətində ciddi problemlər var. 

"Fuad bəyin dediyinə görə, qulaqlarında ciddi probilem var və o, hələ də aclıq aksiyasını dayandırmayıb", - Fikrət Cəfərli deyib. 

Fuad İsmayılov martın 7-də Suraxanı Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsilə 60 sutka həbs olunub, lakin o, özünü təqsirli bilməyib.

F.İsmayılov üzərindən narkotik tapılması barədə polis bölməsində tərtib edilmiş protokola da imza atmaqdan imtina edib.

Martın 10-da vəkil Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya gedib, lakin onun F.İsmayılovla görüşünə icazə verilməyib. 

Ona deyilib ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində belə bir qadağa var. Lakin C.Cavadov hesab edir ki, bu, bəhanədir. 

Onun sözlərinə görə, həmin vaxt təcridxanadakı başqa bir şəxslə görüşə gələn müstəntiqi isə görüşə buraxıblar.

F.İsmayılov fevralın 9-da keçirilən parlament seçkilərində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü olub. 

O, fevralın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara seçki pozuntularına etiraz olaraq "Fu Məzi” şüarı yazdığı üçün saxlanılmış, bir neçə saat sonra sərbəst buraxılmışdı.