Fuad Muradovun və Rövşən Rzayevin Almaniyadakı biznesləri – FOTOLAR

Fuad Muradovun və Rövşən Rzayevin Almaniyadakı biznesləri – FOTOLAR

20-06-2019 13:46 / Bu xəbər 1849 dəfə oxundu

Almaniyada iki böyük şəhərində Azərbaycan mətbəxinə malik iri restoranların sahibləri məlum olub.

Bu barədə pia.az saytı məlumat yayıb.

Məlumata görə, Berlindəki məhşur "Karabakh” ("Qarabağ”) və Kölndəki "Old Baku” ("qədim Bakı”) restoranları keçmiş deputat və Azərbaycan-Almaniya dostluq qrupunun rəhbəri olmuş, hazırda Qaçqın və məcburi Köçkünlərlə İşü üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə keçmiş deputat həmkəri və hazırda Diasporla İşi üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məxsusdur.

Hər iki məmurun Almaniyada bundan başqa notariat kontorları və digər obyektləri də olduğu bildirilir. 

Bundan başqa, Fuad Muradov Diaspor Komitəsinə sədr seçildikdən sonra Berlində əvvəldən onların obyektlərinə nəzarət edən şəxslər yeni yaradılan diaspor birliklərində də önə çəkiliblər. Bunlardan biri "Karabakh” restoranı işlədən Zaur Ağakazımovdur. 

Məlumatda qeyd olunur ki, son zamanlar Almaniyada keçirilən tədbirlərin bədii hissələri, ümumiyyətlə komitə tərəfindən mədəni çəkilişlər məhz bu restoranlarda gerçəkləşdirilir. Hər iki məmur Almaniyada səfərləri zamanı dostları ilə daim bu restoranlarda görüntüləniblər. Hər iki məmura yaxın jurnalistlər isə Almaniyaya səfəri zamanı bu restoranların piar kampaniyasına cəlb olunurlar.

Hətta Diaspor Komitəsinin özünün Almaniyada televiziya layihələri də bu restoranlar üzərindən baş tutub.

Yazıdakı iddialarla bağlı sözügedən komitələrin heç biri açıqlama veriməyib.