Fövqaladə hallar naziri və gömrük generalı ilə bağlı ilginc iddia

Fövqaladə hallar naziri və gömrük generalı ilə bağlı ilginc iddia

13-07-2017 18:34 / Bu xəbər 1708 dəfə oxundu

Əslən Laçın rayonundan olan Gülməmmədov Novruz İsmayıllı rayonu ərazisində Basqalaltı deyilən ərazidə "Şölətoğlu” ailəvi istirahət mərkəzi yaradıb. Özünün deməsinə görə  həmin obyekti şəxsi əmlakı və banklardan götürdüyü kredit hesabına qurub. Ümumilikdə yarımmilyondan artıq xərci çıxıb.
 
Bir neçə ay əvvəl Yusif adlı şəxs obyektə gələrək, Kəmaləddin Heydərovun  Qəbələyə gedərkən həmin istirahət mərkəzini görüb, bəyənməsini ona bildirib. Buna görə də, Fövqaladə hallar nazirinin "Şölətoğlu” istirahət mərkəzini almaq fikrini iş adamına çatdırıb.

Bu barədə muxalifet.az saytı azadlıq.info-ya istinadən məlumat yayıb. 

Saytın yazdığına görə, Yusif adlı həmin şəxs iş adamının Gömrük Komitəsinin sədr müavini gömrük xidməti general leytenantı Nazim Məmmədovla görüşməsini tövsiyə edib.

Novruz Gülmməmədov bildirir ki, 3 saat yarım müddətinə Nazim Məmmədovla diskusiya aparıb, sonda general ona Kəmaləddin Heydərovla görüşməyi təklif edib. Fövqalədə Hallar naziri ilə görüşü alınmayan iş adamı yenidən  Yusifin yanına göndərilib. Yusif isə ona həmin obyektə görə 500 min manat ödəniləcəyini deyib. Amma əlavə şərt olub ki, həmin məbləğdən 100 min manat Nazim Məmmədova qaytarılmalıdır. Novruz Gülməmmədov isə bununla razılaşmayıb.

Bundan sonra iş adamına bildirilib ki, obyekti xoşluqla verməsə məhkəmə yolu ilə əlindən alına bilər. Novruz Gülməmmədov  Ağsu rayon icra hakimiyyəti başçısının və Ağsu Rayon Polis Şobəsinin rəisinin də məsələ ilə bağlı  minnətçi düşdüyünü də deyib.

Sahibkar məsələ ilə bağlı prezidentə, birinci vitse prezidentə və Fövqaladə hallar nazirinə həm teleqramlar, həm də elektron müraciətlər etdiyini də bildirib.

Bizim isə FH naziri  Kəmaləddin Heydərov və Gömrük Komitəsinin sədr müavini Nazim Məmmədovdan münasibət öyrənmək cəhdimiz alınmadı. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi açıq olaraq qalır.