Gədəbəyin icra başçısı işdən çıxarıldı

Gədəbəyin icra başçısı işdən çıxarıldı

02-06-2018 12:31 / Bu xəbər 2268 dəfə oxundu

Prezident Ramiz Yediyarovun işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev iyunun 1-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovu vəzifəsindən azad edib.

Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.

Ramiz Yediyarov 2012-ci ildən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

O, 2010—12-ci illərdə Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyib.

Prezidentin 11 fevral tarixli 738 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10-illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ailəlidir, 3 övladı vardır.