Gələn ay əfv gözlənilir

Gələn ay əfv gözlənilir

16-02-2017 19:54 / Bu xəbər 2180 dəfə oxundu

Bu gün, fevralın 16-da prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılmasına başlanıldığı bildirilir.

APA-nın xəbərinə görə, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. 

Həmin vaxta qədər daha bir neçə iclasın keçirilməsi planlaşdırılır.

İclaslar zamanı komissiyaya daxil olan 800-dən çox müraciətə baxılması nəzərdə tutulur.