Gələn ilin xərcləri üçün Milli Məclisə 45 milyon vəsait ayrılır

Gələn ilin xərcləri üçün Milli Məclisə 45 milyon vəsait ayrılır

22-10-2019 18:03 / Bu xəbər 2897 dəfə oxundu

Vəsait ötən ilə nisbətdə 8 milyon artırılır

2020-ci ilin dövlət büdcəsindən Milli Məclisin və Aparatının saxlanması üçün 45 milyon 488 min 15 manat ayrılacaq.

"Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində xərclər məbləğ belə bölüşdürülüb:

- Əməyin ödənişi fondu – 36 milyon 105 min 1 manat;

Ştatda olan işçilərin əmək haqqı – 24 milyon 105 min 480 manat;

Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat;

Ekspertlərin əmək haqqı – 427.680 manat;

Milli Məclisin aparatı üzrə əmək haqqı - 8 milyon 825 min 280 manat;

Deputat köməkçilərinin əmək haqqı - 2 milyon 250 min manat;

Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı - 4 milyon 7995 min 5960 manat;

Dövlət qulluğu ilə əlaqədar əlavələr - 2 milyon 229 min 840 manat;

Ştatdankənar işçilərin əmək haqqı - 30 min 500 manat;

Əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 5 milyon 218 min 605 manat.

2019-cu il üçün Milli Məclisin saxlanılma xərcləri 37,17 mln. manat müəyyən edilmişdi.

Meydan.tv