"Gəmidə xəsarət alanlardan 3 nəfərinin vəziyyəti kritikdir" - Səhiyyə Nazirliyi

09-05-2019 14:08 / Bu xəbər 703 dəfə oxundu

"İsrafil Hüseynov" borudüzmə gəmisində baş verən partalyış nəticəsində xəsarət alanlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirliblər".

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, 14 nəfərin 7 nəfəri reasnimasiya şöbəsinə, qalan 7 nəfər isə yanıq şöbəsinə yerləşdiriliblər.: "Reanimasiya şöbəsindəki 7 nəfərdən 3-çünün vəziyyəti kritikdir, həyati təhlükə mövcuddur", nazirlikdən belə bildirilib.

Nazirlikdən deyilənə görə, yanıq şöbəsindəki 7 nəfərə gəlincə burada II, III dərəcəli yanıq alan şəxslər də, nisbətən yüngül olanlar da var.
 
Turan İA