Gənc fəal həbs olunub

Gənc fəal həbs olunub

22-10-2018 18:04 / Bu xəbər 1477 dəfə oxundu

Gənc fəal İlqar Məmmədov Aydın oğlu (İlqar Aydın) Abşeron Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Abşeron Polisindən Meydan TV-ə bildiriblər ki, İlqar Məmmədov İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddəsi ilə təqsirli bilinib.

Bununla belə İlqar Məmmədovun hansı şəraitdə xırda talama, mənimsəmə etdiyi barədə məlumat verilməyib.

Yaxınlarının bildirdiyinə görə İlqar Aydın "Facebook” sosial şəbəkəsində fəal idi və hakimiyyəti kəskin tənqid edən yazılar yazırdı.

Gənc fəal hələlik vəkillə təmin olunmayıb.