Gənc yazar Birinci vitse-prezidentə müraciət etdi

Gənc yazar Birinci vitse-prezidentə müraciət etdi

16-01-2019 00:50 / Bu xəbər 1966 dəfə oxundu

Gənc şair Əfsanə Rəvan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Arqument.Az həmin müraciəti təqdim edir: 

"Salam Mehriban xanım necəsiniz? Mən heç yaxşı deyiləm…

Gəlin sizə şeir deyim. Deyəcəksiniz ki, nə şeiri? Yaxşı ki, bu zəhrimar şeir var, dərdimizi ona deyirik, ağrımızı ona pıçıldıyırıq, Mehriban xanım…

Mehriban xanım siz də anasınız. Ana dedim, bilmirəm anamın problemlərindən danışım, yoxsa öz problemlərimdən? Boğazıma kəndir keçib elə bil sinəm xışıldıyır, sinəm göynəyir, dərddən göynəyir. 

Anam Səadət Bəkirova çox acınacaqlı vəziyyətdədir, borc girdabında batır. Varımızı-yoxumuzu soyub banklara veririk. Gözümüzü tikdiyimiz atamdan qalan iaşə obyekti qanunsuz şəkildə əlimizdən alınıb. 

Mehriban xanım, Şəkinin rüşvətxor məmurları sayəsində hər şey bizim əlehimizədir. Hər dəfə qarşı tərəf məhkəmədə pul gücünə qalib gəldi. 

Mehriban xanım, cavan yaşda ərini itirmiş, iyirmi altı yaşlı oğlunu itirmiş anam bir belə bank borcunu nə ilə ödəyəcək bilmirəm. Maaş üzü görmür, banklar mənimsəyir. 

Yazıq anam əsəbdən, stresdən xəstəliyə tutulub elə buna görə də sizə müraciət etdim. 

Mən bilirəm ki, siz məni bu vəziyyətdən xilas edəcəksiniz. 

Dəfələrlə ölkənin vəzifəli şəxslərinə müraciət etdiyim halda heç birindən yardım görməmişəm, hər dəfə maraqlanaram deyib, başlarından ediblər. Bilirəm ki, sizin bunlardan xəbəriniz yoxdur. 

Sizin bütün bunlardan xəbəriniz olsaydı, yeganə arxa-dayağım anamı itirmək qorxusundan, stresdən, əsəbdən, onkoloji xəstəliyə tutulardımmı? Ümid edirəm ki, yox. Məhz buna görə də sizə müraciət etməyi qərara aldım...

Hörmət, sevgi, sayğı, nəcib qadınlıq hissi ilə: gənc şair Əfsanə Rəvan".
 
Müraciətdəki iddialar müəllifin şəxsi fikir və mülahizələridir.