General vəzifədən azad edilib, oğlu həbs olunub

General vəzifədən azad edilib, oğlu həbs olunub

12-07-2017 16:04 / Bu xəbər 2555 dəfə oxundu

Prezident İlham Əliyev general-mayor Novruzəli Orucovun Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda generalın vəizfəsindən azad edilməsinin səbəbləri barədə məlumat verilmir.

Müşahidəsçilər generalın vəizfədən azad edilməsini onun oğlunun yol hərərləti qaydasını kobud pozması, sərnişin avtobusnun sürücüsünə qarşı fiziki təzyiq etməsi ilə bağlı olduğunu düşünür. Prezident Əliyev bundan öncə bir neçə dəfə vəzifəli şəxslərin övladalrı qaydaları pozduiğu tərzdə atalarını vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, generalın oğlu Rüstəm Orucov artıq həbs edilib.

"2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olmuş, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib”, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Faktla bağlı iyulun 4-də Bakının Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq bildirir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə şərti olaraq vaxtından əvvəl həbsdən azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Amerikanın Səsi