“Gerçək tarix əvvəl-axır yazılacaq” - İsa Qəmbər

“Gerçək tarix əvvəl-axır yazılacaq” - İsa Qəmbər

15-05-2017 19:22 / Bu xəbər 1416 dəfə oxundu

"Bir il əvvəl dediklərimə hələlik bir qeydimi əlavə edim. 

Rejimin ən böyük qəzəbinin bütün müxalifətdən məhz bizə -1992-1993-cü illər demokratik hakimiyyət təmsilçilərinə-yönəlməsinin, ildə bir neçə dəfə bizim ünvanımıza yalan və böhtanlar səsləndirməsinin səbəbi çox sadədir. 

Rejim Azərbaycanı öz ailə mülkiyyəti, hakimiyyəti isə öz monopoliyasının tərkib hissəsi hesab etdiyinə görə Elçibəy başda olmaqla bizim bu hakimiyyəti 1 il müddətinə olsa da onlardan alıb xalqın ixtiyarına verməyimizi 25 ildir ki, həzm edə bilmir".

Bunu Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ötən il yayılan videoya və bununla bağlı yazıya münasibət bildirərkən yazıb. 

Belə ki, ötən il sosial şəbəkələrdə yayılan bir videoçarx ictimaiyyətin marağına səbəb olmuşdu. 

24 il əvvələ təsadüf edən həmin çarxda indiki Bakı meri Hacıbala Abutalıbov H. Əliyevin hüquqlarının müdafiəçisi kimi çıxış edir. 

MSDM rəhbəri İsa Qəmbər videoçarxa münasibətini belə ifadə etmişdi: 

"Gerçək tarix əvvəl-axır yazılacaq!

1992-ci ilin mart-aprel-may ayları… Ayaz Mütəllibovun istefasından Şuşanın işğalına qədərki dövr…

Biz – AXC rəhbərliyi olaraq bu mərhələdə prezident seçkiləri keçirməyə tələsməməyi, koalision hökümət quraraq bütün qüvvələri Qarabağımızın müdafiəsinə yönəltməyi təklif və təkid edirdik, bunlar – kommunist nomenklaturası – razılaşmırdılar.

Biz AXC olaraq bütün kütləvi aksiyalara, o cümlədən, seçki mitinqlərinə moratorium qoyaraq hər kəsi Vətənimizin müdafiəsinə səsləyirdik, bunlar isə – əliyevçilər və mütəllibovçular – gündə bir mitinq keçirir, bir-birini meydanlarda və meydanlardan qovurdular.

İndi bunlar deyirlər və yazırlar ki, ö dövrdə hakimiyyət davası gedirdi.

Bəli, gedirdi və bu davanı sizlər edirdiniz.

Gerçək tarix əvvəl-axır yazılacaq”.