Gömrük Komitəsi öhdəliyini yerinə yetirmədi - 37.4 milyon kəsir var

Gömrük Komitəsi öhdəliyini yerinə yetirmədi  - 37.4 milyon kəsir var

17-06-2015 14:22 / Bu xəbər 2444 dəfə oxundu

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin məbləği 625,1 milyon manat təşkil edib. 

Bu, ötən olin eyni dövrü ilə müqayisədə 27,6 milyon manat və ya 4,6% çoxdur.

DGK-nın 2015-ci ildə büdcə daxilolmaları ilə bağlı proqnozunun 1,59 milyard manat olduğunu nəzərdə alsaq, 5 ay ərzində bu qurum dövlət xəzinəsinə 662,5 milyon manat xeyir verməli idi. Görünən isə odur ki, komitə proqnozdan geri qalıb.//Fins.az
 
REAL Hərəkatının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə Arqument.Az-a büdcədəki kəsri belə şərh etdi: ""Kəsrin yaranmasının əsas səbəbi ilin əvvəlindən bəri ölkəyə gıtirilən avtomobillərin 40%-ə  yaxın azalmasıdır. Gömrük gəlirləri ilə bağlı proqnozlar hesablanarkən avtomobil ixracının bu qədər azaldılmasını əvvəlcədən proqozlaşdıra bilmədilər".