Gündəlik xəbər mənbəyiniz bloklansa, necə reaksiya verərsiniz? - SORĞU

Gündəlik xəbər mənbəyiniz bloklansa, necə reaksiya verərsiniz? - SORĞU

01-05-2017 02:23 / Bu xəbər 1258 dəfə oxundu

Azərbaycanda bir neçə media qurumunun saytının bloklanması üçün məhkəməyə müraciət olunub. 

Belə ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azadlıq qəzetinin azadlıq.info, Azadlıq raiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

Aprelin 27-də keçirilən məhkəmə prosesi təxirə salınıb və növbəti proses mayın 1-də keçiriləcək. 

Toplum.Tv son günlər tənqidi mediaya tətbiq edilən senzura (bloklama) ilə bağlı paytaxt sakinləri arasında video-sorğu keçirib. 

Sorğunu təqdim edirik: 

Türkan Bəşir
Ofelya Ramilqızı