Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri istefa verib

21-06-2019 15:55 / Bu xəbər 909 dəfə oxundu

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze tutduğu vəzifədən ayrılır.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bu barədə brifinqdə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, müvafiq qərar hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyasi şurasının iclasında qəbul edilib.

Xatırladaq ki, İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub.