Gürcüstanda Moskva prospektinin adının dəyişdirilməsi tələb olunur

Gürcüstanda Moskva prospektinin adının dəyişdirilməsi tələb olunur

07-08-2019 18:32 / Bu xəbər 1014 dəfə oxundu

Gürcüstanda fəaliyyət göstərən "Rusiya işğalçıdır” hərəkatı Tbilisidəki Moskva prospektinin adının dəyişdirilməsini tələb edir.

BU barədə "Report.az” xəbər verir.

Xəbərdə deyilir ki, hərəkat fəalları bu tələblə prospektdə aksiya təşkil edib.

Hərəkat üzvləri 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı həlak olan 170 gürcü əsgərin ad və soyadlarının yazıldığı lövhələr nümayiş etdiriblər. Aksiyaçılar bildiriblər ki, Moskva prospektinin adının dəyişdirilməsi üçün 170 səbəb var.

2017-ci ilin avqustunda "Yeni Gürcüstan” ictimai-siyasi birliyi Moskva prospektinin adının dəyişdirilməsi təşəbbüsünü irəli sürüb. 

Təşkilat prospektin adının Gürcüstan prospekti adlandırılmasını təklif edib. 

Bununla bağlı hətta petisiya da imzalanıb. Lakin bu günə qədər prospektin adı dəyişməz olaraq qalır.