Hansı ölkə müəlliminə nə qədər maaş verir? - SIYAHI

Hansı ölkə müəlliminə nə qədər maaş verir? - SIYAHI

10-01-2016 17:02 / Bu xəbər 5637 dəfə oxundu

Hansı ölkə müəlliminə nə qədər maaş verir? Müəllimlər hansı ölkədə nə zaman təqaüdçü olur?
 
ABŞ-da müəllimlik qadın peşəsi olaraq görülür. Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxa bilər.
 
Almaniyada isə müəllimlərin tək məcburiyyəti öz iş yerlərini özlərinin tapmaq məcburiyyətində olmalarıdır. Müəllimlik bu cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2-3 min dollar arasında dəyişir. 35 illik müəllimlik stajı olan şəxslər 63 yaşında təqaüdə ayrılırlar.

Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda ortalama olaraq 2500 dollar maaş alırlar. Pensiya yaşı isə 55 olaraq qəbul olunur müəllimlər üçün.
 
Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq bank işçiləri ilə eyni maaşı alırlar. 10 sentyabr Çində müəllimlər günü olaraq qeyd olunur.

Fransada praktikant müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2 min 500 dollar maaş alır. Müəllimlər üçün müxtəlif karyera qrupları var. Həmçinin onlara öyrədici fəaliyyətlər üçün əlavə vəsait verilir. Pensiya yaşı minimum 60 yaş olaraq qəbul olunub.
 
Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar ətrafında maaş alırlar. Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir.

Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır.///Ölkə.Az
 
Aşağıdakı siyahıda bəzi ölkələrdə müəllimlərin orta illik maaşları göstərilib:
 
Estoniya 12 306 dollar
Slovakiya 12 858 dollar
Macarıstan 13 115 dollar
Polşa 16 506 dollar
Meksika 19 590 dollar
Çex Respublikası 20 185 dollar
Çili 23 623 dollar
Türkiyə 25 189 dollar
İslandiya 26 991 dollar
İsrail 27 174 dollar
Yunanıstan 28 184 dollar
Sloveniya 32 193 dollar
İtaliya 32 969 dollar
Fransa 33 152 dollar
İsveç 34 387 dollar
Norveç 37 585 dollar
Finlandiya 37 886 dollar
Avro bölgəsindəki 21 ölkə ortalaması 38 602 dollar
Portuqaliya 39 424 dollar
İspaniya 41 339 dollar
Avstriya 41 633 dollar
Yeni Zelandiya 41 755 dollar
İngiltərə 44 269 dollar
Belçika (Fransız danışan bölgə) 44 407 dollar
Belçika (Alman danışan bölgə) 45 413 dollar
Yaponiya 45 741 dollar
ABŞ 46 130 dollar
Şotlandiya 47 984 dollar
Cənubi Koreya 48 251 dollar
Avstraliya 48 522 dollar
Danimarka 50 332 dollar
Hollandiya 52 292 dollar
İrlandiya 54 954 dollar
Kanada 56 349 dollar
Almaniya 58 662 dollar
Lüksemburq 93 397 dollar