Həbs müddəti başa çatan şəxs azadlığa buraxılmır

Həbs müddəti başa çatan şəxs azadlığa buraxılmır

21-09-2019 14:06 / Bu xəbər 2071 dəfə oxundu

İctimai fəal Rafael Hüseynzadənin həbs müddətindən 4 gün keçməsinə baxmayaraq azadlığa buraxılmayıb.

Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində məlumat yayıb.

"Rafael Hüseynzadə Abşeron rayon Məhkəməsinin 2 sentyabr qərarı ilə inzibati qaydada 15 sutka həbs edilib. Lakin Hüseynzadənin həbs müddəti sentyabrın 17-də başa çatsa da, o, hələ də qanunsuz olaraq həbs yerində saxlanılır”, - vəkil Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi hakim Elman Əhmədovun sədrliyi ilə Rafael Hüseynzadənin apellyasiya şikayətinə baxıb və Abşeron rayon Məhkəməsinin 15 sutkalıq inzibati həbs qərarını qüvvədə saxlayıb. 

Məhkəmə iclasına sədrlik edən hakim Hüseynzadənin həbs müddətinin başa çatdığını və onun artıq həbsdən buraxıldığını bildirib.