Həbsdə olan 61 yaşlı dissident vəfat etdi

Həbsdə olan 61 yaşlı dissident vəfat etdi

13-07-2017 19:00 / Bu xəbər 1690 dəfə oxundu

Çinli dissident, Nobel sülh mükafatçısı Lyu Syabo iyulun 13-də 61 yaşında vəfat edib.

Bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Mərhumun ciyərləri dayanıb və qohumları onun süni nəfəs aparatına qoşulmasından imtina ediblər.

Həkimlər xəstənin səhətinin çox kritik həddə olduğunu deyirdilər.

Hüquq müdafiəçisinə xərçəng xəstəliyinin son həddi diqnozu qoyulmuşdu.

Buna görə o, bu günlərdə həbsxanadan klinikaya köçürülmüşdü.

Hüquq-müdafiəçisi, 1989-cu ildə Pekinin mərkəzində keçirilən nümyişin iştirakçısı Lyu Syabo 2009-cu ildə dövlətə qarşı fəaliyyət ittihamı ilə 11 azadlıqdan məhrum edilmişdi.

O, "Xartiya-08” manifestinin həmmüəlliflərindən biri idi.

2010-cu ildə Syabo Nobel sülh mükafatına layiq görülür.

Amma o, həbsdə olduğundan Oslada keçirilən təqdimat mərasiminə gedə bilməyib.