Həbsdəki keçmiş MTN generalı istintaqa ifadə vermir

Həbsdəki keçmiş MTN generalı istintaqa ifadə vermir

24-05-2016 12:56 / Bu xəbər 802 dəfə oxundu

Keçmiş MTN-in Antiterror Mərkəzinin rəisi, hazırda həbsdə olan general Elçin Quliyev istintaqa ifadə verməkdən imtina edir. 

Bu barədə gununsesi.info saytı öz mənbələrinə istinadən məlumat yayıb.
 
Məlumatda deyilir ki, Elçin Quliyev hətta prokurorluğu intihar edəcəyi ilə şantaj edib. 

Bildirib ki, onu azad etməlidirlər. Əks halda məhkəmə qarşısına çıxmayacaq, məhkəmə başlayan gün özünü asacaq.

Xatırladaq ki, bir neçə ay əvvəl Elçin Quliyevin həbsdə olan müavini İlqar Əliyev özünü asmışdı.

Arqument.Az