"Hər ömürdən sətirlər" kitabının II hissəsi işıq üzü görüb

15-04-2020 23:16 / Bu xəbər 1896 dəfə oxundu

Şair Xalid Mahmudun tərtib etdiyi "Hər ömürdən sətirlər" kitabının II hissəsi işıq üzü görüb. 

Bu barədə Xalid Mahmud məlumat verib.

O bildirib ki, kitab Azərbaycanda və eləcə də ölkə hüdudlarından kənarda maarifçiliyin inkişafında müstəsna xidmətləri olan lerikli ziyalıların qısa həyat və fəaliyyətindən bəhs edir: 

Şair 85 ziyalının yer aldığı bu kitabn  geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğunu deyib.