Həzi Aslanovun ev muzeyinin löhvəsində səhvlər var

Həzi Aslanovun ev muzeyinin löhvəsində səhvlər var

11-08-2019 19:52 / Bu xəbər 1150 dəfə oxundu

Iki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanovun Lənkəran şəhərində yerləşən ev muzeyinə vurulan lövhə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
 
Qlobal.az xəbər verir ki, qəhrəmanın ev muzeyinə vurulan löhvədə kobud hərf səhvləri var. 
 
Maraqlıdır ki, şrift, hərf, qrammatik və simmetrik səhvlərlə dolu olan löhvədə muzeyin tabe olduğu Lənkəran Regional Mədəniyyət İdarəsinin adı da səhv yazılıb. 
 
2000-dən artıq eksponatı olan muzey 2010-cu ildə təmir edilib. 
 
Qeyri iş günü olduğundan qarşı tərəflə əlaqə saxlaya bilmədik.