Hüquq müdafiəçisi barəsindəki cinayət işi bağlandı

Hüquq müdafiəçisi barəsindəki cinayət işi bağlandı

24-10-2016 14:10 / Bu xəbər 819 dəfə oxundu

"Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevun barəsində 4 il əvvəl başlanmış cinayət işinə xitam verilib.

Bu barədə AzadlıqRadiosu-na keçmiş siyasi məhbus Taleh Xasməmmədov məlumat verib.

Onun sözlərinə görə, Oqtay Gülalıyevin Sabirabad polis idarəsinə çağrılması müsbət sonluqla nəticənib:

"Oqtaya bildiriblər ki, onun barəsində 4 il əvvəl qaldırılmış cinayət işinə xətm verilib və ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb”.

Oqtay Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində saxlanılmışdı və inzibati qaydada 12 sutkalıq həbs cəzası almışdı. Aprelin 19-da ona qarşı CM-in 220.2 (kütləvi iğtişaş) maddəsilə cinayət işi açılmışdı.

Sabirabad Rayon Məhkəməsi Oqtay Gülalıyevun barəsində 2 ay həbs qətimkan tədbiri seçmiş və o, Bakıyaİstintaq Təcridxanasına göndərilmişdi. 2012-ci il iyunun 13-də Sabirabad Rayon Məhkəməsi həbs qətimkan tədbirinin ləğv olunması və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərar vermişdi.

Arqument.Az