"Hüquqi ölkədə məsuliyyət fərdidir" - Əli Həsənov danışdı

06-08-2017 17:36 / Bu xəbər 443 dəfə oxundu

Baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi. 

Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür.

Gununsesi.info Əli Həsənovun özü ilə əlaqə saxlayaraq, olay barədə fikirlərini soruşub.

Əməkdaşımızla söhbətində Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: "Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüququ ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.
 
Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada "Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub.
Məlum olub ki, sükan arxasında "Qaçqınkom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.

DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.