“Human Rights Watch”un hesabatına reaksiya: "Reallıqdır, yoxsa şişirdilib?"

“Human Rights Watch”un hesabatına reaksiya:

13-01-2017 19:40 / Bu xəbər 1490 dəfə oxundu

"Bu qurum son vaxtlar vaxtaşırı Azərbaycanla bağlı hesabatlar açıqlayır. Bunun əsas səbəb Azərbaycanın Avropa Şurası ölkələri arasında insan hüquq və azadlıqlarını son illər daha da kütləvi sürətda amansızlıqla pozulmasın görə öndə gedən ölkələrdən biri olmasıdır".

Bunu Toplum.Tv-yə hüquq müdafiəçisi Anar Məmmədli Human Rights Watch təşkilatının Azərbaycanla bağlı hesabatına müansibət bildirərkən deyib. 

Anar Məmmədli: "Hesabatda qeyd olunan fikirlər reallığı əks etdirir"
Image result for Anar Məmmədli
Onun sözlərinə görə, hesabatda qeyd olunan fikirlər reallığı əks etdirir: "Azərbaycan da son 3 ildə hökumət təşkilatlarına və vətəndaş cəmiyyəti institutlarına qarşı aparılan təzyiqlər, vətəndaş cəmiyyətinin fəaliyyətinin dayandırılması, siyasi represiyaların, ölkədəki siyasi məhbusların sayının 100-dən artıq olması bunlar hamısı Human Rights Watch kimi təşkilatların diqqətindədir, onlar tərəfindən izlənilir. Çox təbiidir ki, onların hesabatlarında bu kimi faktlar yer alacaq. Human Rights Watch çox mötəbər təşkildır. Onların hazırladıqları hesabat dünyanın bir sıra siyasi mərkəzlərində, beynəlxalq təşkilatlarda yüksək qəbul olunur. Bu baxımdan hesab edirəm ki, yayılmış hesabat Azərbaycanın üzv olduqları qrumlarda və eyni zamanda Azərbaycanın da əməkdaşlıq etdiyi bir sıra siyasi institutlar arasında ciddi qarşılanacaq. Əlbəttə, ən yaxşısı o olardı ki, Azərbaycan hakimiyyəti bu cür hüsabatlarda ölkənin adının daha az çəkilməsinə çalışsın. İnsan hüquq və azadlıqları yönündə tədbirlər görsün”. 

Fazil Mustafa: "Sifarişli qurumlar olduğuna görə məqsədyönlü şəkildə şişirdirlər"
Image result for Fazil Mustafa
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa isə bildirib ki, Azərbaycandakı problemlər şişirdilib: "Nöqsansız ölkə yoxdur. Lakin bu qrumların böyük əksəriyyəti sifarişli qurumlar olduğuna görə bir sıra məsələləri məqsədyönlü şəkildə şişirdirlər. Ona görə də buradakı hesabatlara çox güvənmək olmur. Bu daha çox siyasi xarakterli hesabatlar olur. Daha çox qərəzli yanaşmaya oxşayır. Ona görə də bizim bu məsələyə obyektiv yanaşmamız çətindir. Amma bəzi nəzərdə tutulan məsələlərə bir də baxılmalıdır. Araşdırılmalıdır, haqlı məqamlar varsa, müəyyən məsələlər üzrə, müəyyən fikir söyləmək yerində olar”.
 
İntiqam Əliyev: "Azərbaycan hakimiyyətinin reaksiyası onun təfəkkürünə adekvatdır"
 
Hüquqşünas İntiqam Əliyev isə bildirib ki, vəziyyət "Human Rights Watch"un hesabatında qeyd olunanlardan da ağırdır:
 Image result for İntiqam Əliyev
"Human Rights Watch"un hesabatında Azərbaycana aid hissə ölkəmizdə insan haqlarının real durumunu əks etdirir. Əslində, vəziyyət orada göstəriləndən qat-qat ağırdır. Azərbaycan hakimiyyətinin reaksiyası da onun təfəkkürünə adekvatdır. Hakimiyyət öz ənənəsinə sadiq qalaraq bu cür sənədləri Azərbaycana düşmən qüvvələrin diqtəsi ilə hazırlandığını iddia edir. İlham Əliyevin son çıxışlarından birində bu təşkilatların ünvanına söylədikləri bir daha sübut edir ki, hakimiyyət insan haqları sahəsində ciddi problemlərin olduğunu inkar etməkdə davam edir. Əslində, bunda təəccübli bir şey yoxdur. Baş verənlər bir daha göstərir ki, hakimiyyətin nə islahatlar aparmaq fikri var, nə də zorakılığa söykənən idarəçilikdən imtina etmək. Ölkəni necə idarə edibsə, o cür də idarə etmək fikrindədir. Hakimiyyət ölkəni fərqli cür idarə etmək istəmir. Bunun çox təhlükəli olduğunu anlayır. İstənilən sahədə, məsələn, viza, turizm, təhsil, sosial və siyasətdən uzaq kimi görünən digər sahələrdə ishahatlar belə sistemin dayanıqlığı üçün ciddi risklər yarada bilər. Qurumun hesabatında qaldırdığı məsələlər isə siyasi sistemlə birbaşa bağlıdır. Onları qəbul etmək o anlama gəlir ki, hakimiyyət ölkədə müstəqil məhkəmələrin, azad seçkinin, hakimiyyətin bölgüsünün olmadığını, mediaya, siyasi partiyalara, QHT-lərə basqıları, birləşmək, vicdan azadlığı sahəsində ciddi problemlərin olduğunu etiraf edir. Hakimiyyətimiz isə bunları etiraf etmək istəmir. Əslində, İlham Əliyev də, onun komandası da bu hesabatlarda yazılanların həqiqət olduğunu bilir. İmiclə bağlı məsələ deyil bu. Özünü zəif göstərmək istəmir. Vətəndaşının ayağının yer almasından narahatdır. Ona görə ona köhnə nağılları söyləməkdən başqa çarəsi yox. Vətəndaşın isə qarnı acdır, çörək istəyir, nağıllıq dövrünü keçirib daha".

Human Rights Watch təşkilatının 2016-cı il üçün Dünya Hesabatı (World Report 2016) açıqlanıb. Bu hesabatda dünyanın 90 ölkə və ərazisində insan haqlarının 2016-ci il ərzində vəziyyəti və bu sahədə hökumətlərin fəaliyyəti təhlil edilir. Hesabatın bir fəsli də Azərbaycana həsr olunub. 

Burada deyilir: 

"Azərbaycan hakimiyyəti 2016-cı ildə də fərqli səsləri boğmaqla, bir vaxtlar canlı və müstəqil olan vətəndaş cəmiyyətini daha ağır vəziyyətə salıb. 

Hakimiyyət siyasi motivlərlə məhkum edilmiş 17 insan haqları fəalı, jurnalist və siyasi fəalı həbsxanadan azad edib, lakin elə 2016-cı ildə həbs olunanlarla birlikdə azı 25 hökumət tənqidçisi dəmir barmaqlıqlar arxasında qalıb. Məhdudlaşdırıcı qanunlar ölkədə QHT-lərin fəaliyyətini hələ də mümkünsüz edir. Bütün il ərzində məhbuslar və saxlananlara işgəncələrin tətbiq olunduğu və pis rəftar edildiyi barədə xəbərlər gəlməkdə davam edir. 

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatı Azərbaycanın bu qurumdakı tam üzvlüyünü bərpa etməkdən imtina edib. Əfv ədalət deyil. Bu da qeyd olunur ki, hətta ötən martda İlham Əliyevin həbsxanadan azad etdiyi 13 jurnalist barədə də qondarma siyasi motivli ittihamlar qaldırılmayıb. Bundan əlavə yalnız prezidentin əfv fərmanı ilə azad olunanların əksəriyyətinin üzərində səfər qadağanı qalmaqda davam edir. Həbsxanadan azad edilmiş jurnalistlər üçün peşə fəaliyyətlərini bərpa etmək də təhlükəli olaraq qalır. 

REAL hərəkatının lideri İlqar Məmmədov onun barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarı olsa da, həbsxanadan azad olunmur. Ötən ilin avqustunda, konsitusiya referendumunun ərəfəsində hökumət səkkiz fəalı narkotik maddə, xuliqanlıq, qızışdırıcılıq və qanunsuz biznes fəaliyyəti də daxil saxta və siyasi motivli ittihamlarla həbs edib. 

Müstəqil media qurumları qısnama və bağlanma təhlükəsi ilə üzləşməkdə davam edir, hakimiyyəti tənqid edən jurnalistlər onların susdurulmasına yönəlmiş hədə-qorxu ilə qarşılaşırlar. Birləşmiş Ştatlar, Avropa İttifaqı və Azərbaycanın başqa beynəlxalq partnyorları hökumət tənqidçilərindən bəzilərinin azadlığa buraxılmasını alqışlasalar da, hakimiyyətə insan haqlarının vəziyyətini yaxşılaşdırması üçün təzyiq göstərə bilməyiblər.

Gülzar N. Məmmədli
Toplum Tv