"Hövsanda qaz, su, işıq yoxdur"

20-11-2019 10:47 / Bu xəbər 309 dəfə oxundu

İki gündür ki, Suraxanı rayonu Hövsan qəsəbəsində su və qaz yoxdur.

Bu barədə Arqument.Az-a sakinlər məlumat veriblər.

"Azərsu” ASC suyun kəsilməsini təmir işləri ilə əlaqələndirib.

Qurumun yaydığı məlumata görə, magistral kəmərlərdə aparılan təmir işləri ilə əlaqədar 19 noyabr 2019-cu il tarixində gün ərzində Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Sakinlər isə bildiriblər ki, "Azərsu” ASC gün ərizində desə də, faktiki iki gündür qəsəbə tam susuz qalıb: "80 mindən çox əhalisi olan bir qəsəbəni iki gün sussuz saxlamaq hansı məntiqə sığar? Bu il dəfələrlə belə olub. Nəyi təmir edirlər? Necə təmir edirlər, bilən yoxdur. Bu qurumdan hesab soran da tapılmır".

Onların sözlərinə görə, qəsəbədə qazın verilişi də dayandırılıb, bəzi yerlərdə isə elektrik enerjisi də kəsilib. 

"Deyirlər ki, qəsəbədə gedən təmir işləri ilə bağlıdır", - sakinlər qeyd edib.

"Azəriqaz" ASC-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.