İcra başçısı dəyişdirildi

İcra başçısı dəyişdirildi

07-06-2018 15:52 / Bu xəbər 3262 dəfə oxundu

Ramiz Zeynalovun qardaşı işdən çıxarıldı

Prezident İlham Əliyev Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Digər bir sərəncamla bu vəzifəyə Məmməd Cahangir oğlu Məmmədov təyin edilib. Azərbaycan Vergilər Nazirliyinin rəsmi Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən Məmməd Cahangir oğlu Məmmədov "Aqrokimya” MMC-nin rəhbəridir. Bundan başqa, onun adına Vergilər Nazirliyində daha iki şirkət "Aqrokim” MMC və "Məmməd 1961” MMC qeydiyyatdan keçiblər.

"Aqrokimya" MMC-nin əsas işi respublikaya bitki mühafizəsi vasitələri, pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar idxal edib, kənd təsərrüfatı müəssisələrinə və fermerlərə satmaqdan ibarətdir. "Aqrokimya" MMC dünyanın bir çox aparıcı bitki mühafizəsi vasitələri, gübrə, toxum və sair aqrokimyəvi məhsul istehsalçılarının rəsmi destribütorudur. 

Vəzifəsindən uzaqlaşdırılan, 75 yaşlı Tofiq Zeynalov isə Respublika Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun qardaşıdır.

İyunun 6-da prezident İlham Əliyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovu vəzifəsindən azad edib. Onun yerinə hələlik heç kim təyin edilməyib.