İcra başçısı dövlət sifarişini niyə bir günün şirkətinə verib?

İcra başçısı dövlət sifarişini niyə bir günün şirkətinə verib?

07-12-2016 18:01 / Bu xəbər 1294 dəfə oxundu

Abdin Fərzəliyevin "maxinasiya” iyi gələn şübhəli sərəncamı

Azərbaycan hakimiyyət orqanlarının korrupsiya əməliyyatlarından xəbər verən yeni bir faktın üstü açılıb. Faktı aşkarlayıb ictimailəşdirən Hacıbəyli Hüquq Mərkəzi təsisçisi və rəhbəri Yalçın Hacıbəylidir.

Yalçın Hacıbəyli feysbuk səhifəsində foto-dəlilləri də əlavə etməklə yazır:

 

"Nazirlər Kabinetinin Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər görülməsi haqqında 25 fevral 2016-cı il tarixli 86 №-li qərarı var. Həmin qərarla adı göstərilən rayonların ərazisində qəzalı vəziyyətdə, 15857 mənzildən ibarət olan 1094 bina sökülərək yenidən tikilməlidir. Qərara əsasən bu işlərin aparılması tikinti şirkətlərinə həvalə edilir və həmin binaların sakinləri də tikinti şirkətinin vəsaiti hesabına müvəqqəti kirayə mənzillərdə yerləşdirilir. Daha sonra həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikilmiş binalarda mənzillər ayrılır. Demək olar ki, həmin rayonların hamsında prosses başlayıb. Həmçinin Nərimanov rayonunda da bu işlərin aparılması Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə "Rahatlığın Məkanı-Gold” şirkətinə həvalə edilib. İlk araşdırmadan da bəlli oldu ki, Şirkət elə yarandığı gün, ilk A-001 nömrəli məktubla İcra hakimiyyətinə müraciət edərək Nərimanov rayon ərazisində 3028 mənzildən ibarət 219 binanın sökülməsi və yerində yeni binaların tikilməsi üçün müraciət edib. İlk müraciəti olmasına baxmayaraq çox "uğurlu” olub, İcra hakimiyyəti işlərin aparılmasın həmin şirkətə həvalə edib”.

Beləliklə, aydın olur ki, konkret halda Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev Nazirlər Kabinetinin tikinti kimi "gəlirli” sahəyə dair yeni sərəncamından səmərəli şəkildə bəhrələnmək niyyətindədir. Əks halda izah etmək mümkün deyil ki, necə olur, hansısa tikinti şirkəti yarandığı gün İcra Hkimiyyətinə müracitə edir və İcra Hakimiyyəti də bu boyda dövlət əhəmiyyətli layihəni həmin şirkətə həvalə edir.

Eyni zamanda ehtimal etmək olar ki, NK-nın bu sərəncamı üzrə başqa İcra Hakimiyyətləri də belə "maxinasiya” iyi gələn əməliyyatlara baş vurublar.

azadliq.info