İcra başçısı sahibkarı rayondan didərgin salıb (VİDEO)

İcra başçısı sahibkarı rayondan didərgin salıb (VİDEO)

23-01-2018 03:19 / Bu xəbər 2440 dəfə oxundu

"Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun mənə qarşı qanunsuzluğu davam edir".

Bunu rayondan olan sahibkar Fəxrəddin Bağırov deyib.  

O bildirib ki, 3 ay əvvəl icra başçısı sahibkarın Gədəbəy rayonu, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən obyektinin qapı-pəncərəsini, darvazasını daşla hördürərək işini iflic edib. 

Sahibkar Bakıya didəgir salınıb.

İşçiləri isə 3 aydır evlərinə 1 qara qəpik belə apara bilmirlər. 

Azeuronews.com-un hazırladığı videoda mənzərə tam aydın izah olunur. 

Burada Gədəbəyin icra başçısının vətəndaşa törətdiyi maneələr və qanunsuzluqlar aydın təsvir olunur. 

Ümumilikdə bir məmurun sahibkarlığa vurduğu ziyanın hansı səviyyəyə çatdığı da diqqət çəkir.