"İcra başçısı şikayətə gəlmiş kənd camaatını otağından qovub" - Sahib Rüstəmli

02-07-2019 16:15 / Bu xəbər 1305 dəfə oxundu

Sabirabadın yeni icra başçısı Siraqəddin Cabbarov qəbuluna gələn kənd camaatını otağından qovub. 

Bu barədə məlumatı AXCP Ali Məclisinin üzvü Sahib Rüstəmli özünün "Facebook" səhifəsində paylaşıb.  

Partiya rəsmisi bildirib ki, rayonun Zəngənə kəndinin sakinləri bir müddətdir susuzluqdan əziyyət çəkir. "Kür və Araz çaylarının qovuşduğu yerdə məskunlaşmış Zəngənə camaatı illərdir susuzluqdan əziyyət çəkir. Onlar nə həyətyanı sahələrini, nə də pay torpaqlarındakı əkinlərini suvara bilmirlər. Muğanın yay aylarındakı dözülməz istisi onların əziyyətlərini də məhv edir”.

Məlumatda deyilir ki, iyunun 27-də Zəngənə ağsaqqalları toplaşaraq vəziyyəti yeni başçıya çatdırmaq üçün onun qəbuluna gəlib gəliblər: "Bundan xəbər tutan məmurlar müxtəlif üsullarla camaatın yarısını yoldan qaytarıblar. İcra başçısı Siraqəddin Cabbarov isə onları dinləmək əvəzinə, hədələyərək, otağından qoyub. Deyib ki, mən yeni gəlmişəm, problemlər mənlik deyil”.

Sabirabad Eayon İcra Hakimiyyəti məlumatı nə təsdiq, nə də təkzib edib.