İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı (FOTOLAR)

İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı (FOTOLAR)

23-10-2018 08:34 / Bu xəbər 1468 dəfə oxundu

Məmur övladarı və onların yaxın qohumlarının dəbdəbəli həyat tərzi tez-tez ölkə mediasının gündəminə gəlir. 

Bu dəfə Göyçay rayon icra başcısı Mehdi Səlimzadənin qardaşı oğlunun fotoları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
 
Sfera.az-ın yaydığı məlumata görə, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılovun bahalı avtomobili və milyonlarla qiyməti olan villasının görüntüsü yayılıb. Onun Göyçay Rayon İcra Hakimiyyətində işlədiyi deyilir. 

Yayılan fotolarla bağlı şərhdə bunlar qeyd edilir: "Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar. Belə ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılova məxsus bu möhtəşəm villa Qəbələ rayonunda yerləşir. Əmisinin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində corab almağa imkanı olmayan qardaş oğlu 2 il ərzində milyonlara sahib olub. Səməd Cəbrayılov Göyçayda, Qəbələdə və Bakı şəhəində villalara, bahalı avtomobillərə, obyektlərə sahib olub".


"Vəzifəsinə görə bu qədər mülkü alacaq maaşı olmayan icra başçısının qardaşı oğlu əgər bu qədər varlana bilirsə, başçının gəlirləri, mülkləri mütləq dövlət tərəfindən araşdırılmalıdır. Səməd Cəbrayılov əmi "nəvazişi" ilə bu qədər maddi imkana sahib olan yeganə məmur qohumu deyil", - məlumatda deyilir.

Mövzu ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və qardaşı oğlu Səməd Cəbrayılov heç bir açıqlama verməyib.