İcra başçısının Qaxda milyonluq istirahət mərkəzi - FOTO-SƏNƏD

İcra başçısının Qaxda milyonluq istirahət mərkəzi - FOTO-SƏNƏD

22-08-2019 14:06 / Bu xəbər 1273 dəfə oxundu

Zaqatala rayonun icra başçısı Mübariz Əhmədzadənin obyektləri üzə çıxıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O qeyd edib ki, icra başçısı Qax rayonunun Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence" ailəvi istirahət mərkəzinin sahibidir. 

Həmin obyektin dəyəri isə milyonlarla ölçülür. 

Araşdırmaçı sübut kimi 2008-ci ildə tikintisinə icazə verilmiş obyektin sənədlərini də təqdim edib. 

Yazıdakı iddialara Zaqatala Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. 

Qeyd: Mübariz Əhmədzadə 10 ildir ki, Zaqatalanın icra başçısıdır. 

O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşıdır.