İcra Hakimiyyəti "8 Marş"a da Lökbatanı göstərdi

İcra Hakimiyyəti

05-03-2020 16:33 / Bu xəbər 1213 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Gülnarə Mehdiyeva, Rəbiyyə Məmmədova və digər qadınların martın 8-də yürüş keçirilməsi ilə bağlı müraciətlərinə cavab verib.

İcra hakimiyyətində qadınların müraciətinə baxılıb.

BŞİH təklif edilən yerin əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictmai iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi üçün məqsədəmüvafiq olmadığını bildirib.

Yürüşün keçirilməsi üçün alternativ yer olaraq martın 8-i saat 15.00-dan 16.00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə "Neftçi İdman Klubu” İctami Birliyinin Qaradağ təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklib olunub.  

Report.az