İcra Hakimiyyəti aqropark tikir, nazirliyin xəbəri yoxdur - VİDEOREPORTAJ

İcra Hakimiyyəti aqropark tikir, nazirliyin xəbəri yoxdur - VİDEOREPORTAJ

22-07-2017 11:39 / Bu xəbər 1426 dəfə oxundu

İyulun 19-da Şəki rayonunun Bolludərə və Sarıca kəndlərinin bir qrup sakini Prezident Administrasiyasına müraciət edib. 

Toplum.Tv xəbər verir ki, sakinlər onlara icarəyə verilən və taxıl becərdikləri torpaqların Şəki Rayon İcra Hakimiyyəti tərəfindən naməlum şirkətə verildiyini deyiblər. 
 
Onların sözlərinə görə, Prezident Administrasiyasında özünü adı məlum olmayan şirkətin nümayəndəsi kimi təqdim edən şəxs onları dinləməkdən imtina edib.
 
Şikayətçilərə məlumat verilib ki, dövlət proqramı çərçivəsində həmin torpaqlarda qoz bağları salınacaq. Ərizə ilə müraciət edən sakinlərə icra hakimiyyətindən açıqlama almaq tövsiyə edilib.

Şəki Rayon İcra Hakimiyyəti çoxsayli zənglərimizi cavabsız qoyub. Qurumdan Azadlıq Radiosuna torpaqlarda aqropark salınacağı açıqlaması verilib. 

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsindən Toplum TV-yə onlarda aqroparkla bağlı heç bir məlumatın olmadığı bildirilib.
 
İzzətxanım Cabarlı