İcra hakimiyyətindən Xırdalandakı tikinti xəbərinə münasibət

İcra hakimiyyətindən Xırdalandakı tikinti xəbərinə münasibət

26-08-2019 18:07 / Bu xəbər 952 dəfə oxundu

Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhəri ərazisində avtobus dayanacağının yerində bina tikilməsi ilə bağlı xəbərə münasibət bildirib.

İcra Hakimiyyətindən lent.az-a  bildirilib ki, həmin ərazidə heç bir tikinti işi aparılmır: "Sözü gedən ərazidə hər hansı bir tikinti işinin aparılması üçün icra hakimiyyəti tərəfindən rəsmi sənəd təqdim edilməyib. Həmin yerdə sahibkara məxsus iaşə obyekti olub və şəxs özü obyektini sökərək yerində yenisini tikmək istəyir. Bununla bağlı da əməkdaşlarımız həmin əraziyə baş çəkəcəklər”.

Qurumun memarlıq şöbəsindən bildirilib dayanacaqda yeni binanın tikilməsi haqqında verilən məlumat əsassızdır. 

Xatırladaq ki, iyunun 24-də sakinlər Xırdalan şəhər Nizami küçəsində avtobus dayanacağının yerində bina tikilməsi ilə bağlı arqument.az-a müraciət ediblər.

Sakinlər bu vəziyyətdən narahat olduqlarını deyiblər.

Məlumatda qeyd olunur ki, Abşeron Rayon İcra Hakimiyyəti Nizami küçəsində yerləşən avtobus dayanacağının yerində bina tikilməsi üçün icazə verilib.