İctimai və siyasi xadimlər Qarabağ məsələsini müzakirə ediblər

İctimai və siyasi xadimlər Qarabağ məsələsini müzakirə ediblər

08-08-2019 19:53 / Bu xəbər 914 dəfə oxundu

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası üzrə növbəti addımı Azərbaycanda mənfi reaksiya doğurub ki, bu da həm rəsmi, həm də ictimai səviyyədə özünü göstərib.

Paşinyan avqustun 5-də Qarabağda bildirib ki, Ermənistanın son məqsədi Qarabağla birləşməkdir.
 
Bununla o, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini və Azərbaycanla kompromisin mümkünlüyünü şübhə altına alıb.

Avqustun 8-də Bakıda bir sıra ictimai və siyasi xadimlər arasında müzakirə predmetinə çevrilib.
 
Görüşdə Qubad İbadoğlu, Əli Kərimli, İlham İsmayıl, Gültəkin Hacıyeva, Əhməd Əlili, Mehman Əliyev iştirak ediblər.

Bu barədə Turan İA xəbər verib.

Fikir mübadiləsi zamanı danışıqlar prosesinin vəziyyəti, əlaqədar tərəflərin (münaqişə iştirakçıları və vasitəçilər) yanaşmaları və maraqları, Ermənistanda vəziyyət, Paşinyanı danışıqları pozmağa sövq edən səbəblər, rəsmi Bakının mövqeyi, ictimaiyyətin reaksiyası, regional təhlükəsizliyin aspektləri və Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibəti nəzərdən keçirilib.

Görüş iştirakçıları münaqişənin nizamlanması ətrafında siyasi fonu yaxşılaşdıra biləcək bəzi məsələlərə dair ümumi fikir ifadə ediblər.
 
Məsələn, Aİ ilə münasibətlərin intensivləşdirilməsi, avtoritar idarəetmə sistemindən imtina, vətəndaş cəmiyyətinin nizamlanma yollarının axtarışı prosesinə cəlb edilməsi.

İştirakçılardan heç kim bu tezisə etiraz etməyib ki, Qarabağ münaqişəsinin həllindəki uğur Azərbaycanda demokratiyanın qurulmasından keçir ki, bu da bütün cəmiyyətin prosesə qoşulmasını nəzərdə tutur.

Görüş iştirakçıları daha geniş ekspert birliyinin iştirakı ilə münaqişənin nizamlanması istiqamətində tədbirlər paketinin hazırlanmasının vacibliyi barədə razılığa gəliblər.