İDİ: “Azərbaycanda sərbəst toplaşmaq azadlığı ciddi şəkildə məhdudlaşdırılıb”

İDİ: “Azərbaycanda sərbəst toplaşmaq azadlığı ciddi şəkildə məhdudlaşdırılıb”

22-08-2019 18:16 / Bu xəbər 836 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) Azərbaycanda sərbəst toplaşmaq azadlığının vəziyyəti ilə bağlı araşdırma sənədi hazırlayıb.

Araşdırma sənədində 2016-cı ilin sentyabrın 1-dən 2019-cu ilin mayın 1-nə kimi sərbəst toplaşmaq azadlığına edilmiş müdaxilərlə əlaqəli pozuntu faktları toplanıb.

Araşdırma "Report.az”, "Amerikanın Səsi”, "Azadlıq.org” və "Turan.az” saytlarındakı yayılan xəbərlərə, "Meydan TV”-nin youtube səhifəsindəki video görüntülər və səlahiyyətli qurumlara, eləcə də partiyalara göndərilən sorğulara əsasən hazırlanıb.

Sənəddə göstərilir ki, qeyd olunan zaman kəsiyində sərbəst toplaşmaq hüququndan faydalanmaq istəyən müxtəlif qruplara, jurnalistlərə, siyasi məzmunlu tələblərlə toplaşan və toplaşmaq istəyən şəxslərə müdaxilə edildiyi müəyyən edilib.

Hesabatda Azərbaycanda sərbəst toplaşmaq azadlığının ciddi şəkildə məhdudlaşdırıldığı nəticəsinə gəlinib. 

Araşdırma sərbəst toplaşmaq azadlığına edilmiş qanunsuz müdaxilələrin qarşısını almaq və qanunvericilikdəki boşluqları aradan qaldırmaq üçün tövsiyələri də özündə əks etdirir.

Hazırlanan sənəd 2014-cü ildən etibarən bu sahədə edilmiş ən geniş araşdırma hesab olunur.