IDI-nin növbədənkənar parlament seçikiləri ilə bağlı media monitorinqi - ARALIQ HESABAT

IDI-nin növbədənkənar parlament seçikiləri ilə bağlı media monitorinqi - ARALIQ HESABAT

24-01-2020 15:56 / Bu xəbər 1142 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçikiləri ilə bağlı media monitorinqinin birinci dövr üçün nəticələri barədə hesabat yayıb. 

Hesabatda seçki təqviminin ilk 37 (11 dekabr 2019 –16 yanvar 2020-ci il) günlük (təbliğat-təşviqat dövrünə qədər) dövrünə dair monitorinqin nəticələri verilib. 

Monitoriqə televiziyalardan AzTV, İTV və Real TV, media orqanlarından isə rəsmi informasiya agentliyi "Azərtac" (www.azertag.az), Milli Məclisin rəsmi orqanı "Azərbaycan" qəzeti, "Report" İnformasiya Agentliyi , "Turan" İnformasiya Agentliyi, Meydan TV, habelə müxalifətə yaxınlığı ilə seçilən "Azadlıq" qəzetinin internet resursu (www.azadliq.info) daxil edilib. 

Monitorinqdə rəqəmlər həm saat, dəqiqə və saniyə olaraq, yekunda isə həm də toplam saniyə olaraq verilib.

Monitorinq edilən 37 gün ərzində "prime-time” vaxt 3 TV üçün (37 gün x 3 tv  x 4 saat ) cəmi 444 saat müddəti əhatə edib. 

444 saatlıq "prime-time” vaxtında seçki prosesi ilə əlaqəli olan xəbər, xəbər törəmə, debat, müzakirə, talk-şou, yekun analitik proqramlar qiymətləndirilib.