İlham Əliyev Ayaz Mütəllibovla görüşdü (VİDEO)

İlham Əliyev Ayaz Mütəllibovla görüşdü (VİDEO)

26-02-2020 13:51 / Bu xəbər 415 dəfə oxundu

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edənlər arasında həmin vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk Prezident Ayaz Mütəllibov da olub.

Modern.az-ın xəbərinə görə, A. Mütəllibov rəsmi dövlət və hökumət nümayəndələri ilə bir yerdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Eyni zamanda, eks dövlət başçısı prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əl verib, salamlaşıb.

Qeyd edək ki, A. Müəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib.