İlham Əliyev AzTV-yə sədr təyin etdi
04-09-2019 14:25 / Bu xəbər 1002 dəfə oxundu
Yeni sədr BDU məzunudur
Prezident İlham Əliyevin sentyabrın 4-də imzaladığı sərəncamla Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Yanvarın 15-də ölkə başçısı İlham Əliyev Arif Alışanovu "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad etmişdi.
Arif Alışanov 2006-cı ilin avqustun 16-dan Az.TV-nin sədri vəzifəsində çalışırdı.
Arif Alışanovdan sonra sədr vəzifəsini müavin Rövşən Məmmədov icra edirdi.
Rövşən Raqif oglu Məmmədov 15 iyun 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirib.
Rövşən Məmmədov uzun müddət "Lider” telekanalında müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə həmin telekanalın İdman redaksiyasının rəhbəri olub.
R.R.Məmmədov 2015-ci ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) "Günün nəbzi”, "Əsas məsələ” və "Həftə” verilişlərinin aparıcısı olub. Daha sonra isə "Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub.
15 yanvar 2019-cu ildən sədr müavini təyin olunub.///Meydan.tv