İlham Əliyev Bilal Əliyevə ev verdi

İlham Əliyev Bilal Əliyevə ev verdi

15-11-2019 16:35 / Bu xəbər 340 dəfə oxundu

Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə mənzil hədiyyə edib.

Bu barədə oxu.az-a Xalq artisti məlumat verib.

Bilal Əliyev mənzilin açarlarının bu gün ona təqdim edildiyini bildirib:

"Bu gün məni çağırıb şəhərin gözəl bir yerindən üç otaqlı mənzilin açarlarını təqdim etdilər. Hədiyyəyə görə prezidentimizə təşəkkür edirəm. 60 illik yubileyimdə mənzil şəraitimin yaxşı olmadığını nəzərə alaraq, məni, ailəmi və sevənlərimi sevindirdi. Mənə göstərdiyi etimadı, çalışacam ki, ömür boyu doğruldum. Diqqətə görə təşəkkür edirəm”.

Qeyd edək ki, noyabrın 18-də  Bilal Əliyevin 60 yaşı tamam olacaq.