İlham Əliyev: "BMT-də islahatlara ehtiyac duyulur"

İlham Əliyev:

25-10-2019 15:14 / Bu xəbər 1439 dəfə oxundu

Prezident İlham Əliyev oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə çıxış edib.

Bu barədə AZƏRTAC xəbər verir.

İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq: "Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür".

Prezident əlavə edib ki, bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur: "Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir".