İlham Əliyev Əli Əsədovu Baş Nazir təyin etdi
08-10-2019 17:00 / Bu xəbər 4038 dəfə oxundu
Prezident İlham Əliyev Əli Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən, Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.
Novruz Məmmədov Baş Nazir vəzifəsindən azad edilib.
Bunla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.