İlham Əliyev Neftçalanın icra başçısını vəzifəsindən azad etdi

İlham Əliyev Neftçalanın icra başçısını vəzifəsindən azad etdi

20-02-2020 20:10 / Bu xəbər 1524 dəfə oxundu

İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. 

İsmayıl Vəliyevin saxlanıldığı bildirilir.