İlham Əliyev Nikol Paşinyanla Brüsseldə görüşdü

İlham Əliyev Nikol Paşinyanla Brüsseldə görüşdü

14-05-2019 15:44 / Bu xəbər 668 dəfə oxundu

Aİ "Şərq tərəfdaşlığı" konfransında iştirak edən Azərbaycan prezidenti və Ermənistanın baş naziri mayın 13-də qısa söhbət ediblər. 

Bu barədə Nikol Paşinyan "Azatutyun" radiosuna bildirib.

"Hər hansı münaqişəni ancaq əlaqədar tərəflərdən birinin maraqlarına əsasən həll etmək olmaz. Odur ki, mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolundakı əsas maneə Qarabağla danışmamaqla bağlı Azərbaycanın mövqeyidir. Həqiqət ondan ibarətdir ki, bu münaqişənin üç tərəfi var - Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan. Biz hesab edirik ki, bu münaqişənin həlli üçün uyğun danışıqlar çərçivəsinin olması çox vacibdir", - Paşinyan deyib.

"Azərbaycan prezidenti ilə danışdınızmı?" sualnın cavabında Paşinyan deyib: "Bəli, cari vəziyyətlə bağlı qısa söhbət oldu".

"Əliyevlə bir daha görüşməklə bağlı planınız varmı?" sualına Paşinyan belə cavab verib: "Hələlik plan yoxdur. Ancaq mən əminəm ki, danışıqlar davam edəcək. Dağlıq Qarabağın danışıqlar masasına qayıtması lazımdır, bu, çox vacibdir. Dağlıq Qarabağ olmadan problemin real nizamlanması mümkün deyil".

Turan İA